AZ

Suriyada BMT əməkdaşı öldürülüb: təşkilat çağırış edib

BMT Baş katibi Antoniu Quterreş Suriyanın sahil bölgələrində zorakılığın artmasından dərin narahatlıq keçirir.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Dujarrik bildirib ki, Baş katib bütün tərəfləri mülki şəxsləri qorumağa, sərt ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb: “Bu gərginlik genişmiqyaslı edamlarla, o cümlədən bütöv ailələrin qətli ilə müşayiət olunub. Suriya 14 illik münaqişənin və 50 ildən çox davam edən avtoritar idarəçiliyin mirası ilə mübarizə aparır. Suriyada qan tökülməsinə dərhal son qoyulmalı və pozuntulara yol verənlər məsuliyyətə cəlb olunmalıdır”.

Sözçü əlavə edib ki, son qarşıdurma zamanı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) bir əməkdaşı həyatını itirib.

"BMT baş verənlər haqqında aydın təsvir əldə etmək üçün Suriya hakimiyyətini bölgədə azad medianın və insan haqları təşkilatlarının fəaliyyətinə şərait yaratmağa çağırır", - o fikrini yekunlaşdırıb.//Report

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
34
3
Demokratikmusavat.com

10Mənbələr