AZ

Suriyada BMT əməkdaşı öldürülüb

BMT Baş katibi Antoniu Quterreş Suriyanın sahil bölgələrində zorakılığın artmasından dərin narahatlıq keçirir.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Dujarrik bildirib ki, Baş katib bütün tərəfləri mülki şəxsləri qorumağa, sərt ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb: “Bu gərginlik genişmiqyaslı edamlarla, o cümlədən bütöv ailələrin qətli ilə müşayiət olunub. Suriya 14 illik münaqişənin və 50 ildən çox davam edən avtoritar idarəçiliyin mirası ilə mübarizə aparır. Suriyada qan tökülməsinə dərhal son qoyulmalı və pozuntulara yol verənlər məsuliyyətə cəlb olunmalıdır”.

Sözçü əlavə edib ki, son qarşıdurma zamanı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) bir əməkdaşı həyatını itirib.

"BMT baş verənlər haqqında aydın təsvir əldə etmək üçün Suriya hakimiyyətini bölgədə azad medianın və insan haqları təşkilatlarının fəaliyyətinə şərait yaratmağa çağırır", - o fikrini yekunlaşdırıb.

Seçilən
2
2
azpolitika.info

10Mənbələr