AZ

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Missiya.Az xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək və bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

Günün ilk qarşılaşması Bakı vaxtı ilə 21:45-də baş tutacaq. "Barselona" öz evində "Benfika"nı qəbul edəcək.

"Liverpul" - “PSJ”, "İnter" - "Feyenoord", "Bavariya" - "Bayer"in matçları isə 00:00-da start götürəcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr