“Sabah”la oyunda zədələnən “Şamaxı”nın futbolçusu Edqar Adilxanovun son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, gənc oyunçunun zədəsi ciddi deyil. Onun ayağında əzilmə olsa da, qarşıdakı matçlarda komandasına kömək edə biləcək.
Xatırladaq ki, Edqar “Sabah”la görüşdə qol vuraraq komandasına qələbə qazandırmışdı (1:0). O, matçın ikinci hissəsində zədələnərək meydanı tərk edib.