AZ

VHP-nin Qobustan rayon təşkilatının məclis toplantısı keçirib- ÖZƏL

Vətəndaş Həmrəyliyi Partiyası Qobustan rayon təşkilatının növbəti məclis toplantısı keçirib. VHP-dən "Olaylar"a bildirilib ki, Məclisin yığıncağında təşkilat daxili məsələlər, qarşıda duran işlər və siyasi proseslər müzakirə edilib. Rayon təşkilatının sədri Eminağa Niftəliyev ölkədə baş verən ictimai-siyasi proseslər, bölgədə cərəyan edən olaylar, partiyanın məsələlərə münasibəti və rayon təşkilatının fəaliyyəti haqda geniş çıxış edib. Məclis üzvləri çıxış ətrafında geniş müzakirə aparıb, ölkədəki ictimai-siyasi proseslər və rayonun sosial-iqtisadi həyatı ilə bağlı fikirlər səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr