AZ

Çempionlar Liqası: 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, azarkeşlər dörd qarşılaşmaya şahidlik edəcəklər.

Portuqaliyadakı ilk matçda “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə Lissabon təmsilçisini doğma meydanda sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Maraqla gözlənilən digər görüş isə İngiltərədə reallaşacaq. Burada “Liverpul” Fransanın PSJ klubunu qəbul edəcək. Komandalar arasında Parisdə keçirilmiş ilk görüş Mersisayd təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qarşılaşma gecə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

11 mart

21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya)

İlk oyun - 1:0.

00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:0.

00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland)

İlk oyun - 2:0.

00:00. “Bayer” (Leverkuzen, Almaniya) - “Bavariya” (Almaniya)

İlk oyun - 0:3.

Qeyd edək ki, bu raundun digər oyunları martın 12-də keçiriləcək.

Seçilən
87
15
xezerxeber.az

10Mənbələr