AZ

Zahid Oruc:” Azərbaycan qonşuları azərbaycanlılar olan dövlətə çevrilib"

Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə bu gün keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Azərbaycanın 30 ildən sonra konstitusion bütövlüyə və suverenliyə qovuşduğunu, həmçinin yeni siyasi təqvimin beşinci ilinə qədəm qoyduğunu vurğulayıb.

QHT.az xəbər verir ki, o, Qarabağ qələbəsinin qlobal səviyyədə mühüm dəyişikliklərə səbəb olduğunu, bölgədə yeni siyasi reallıqlar yaratdığını qeyd edib. Zahid Oruc çıxışında Münxen Təhlükəsizlik Konfransında regionla bağlı keçirilən zirvə görüşünün adının “Dağları aşarkən – Cənubi Qafqazda təhlükəsizlik” olmasına diqqət çəkib və bunun Qərbin bölgədə hərbi varlığını artırmaq planlarının bir hissəsi olduğunu bildirib:

"Avropa Birliyinin müşahidə missiyası əslində hərbi-kəşfiyyat xarakteri daşıyır. Bir əsr əvvəl region böyük güclərin maraqları arasında əldən-ələ keçərək bolşeviklərin nəzarətinə keçdi və Azərbaycan yalnız azərbaycanlılarla əhatələnmiş bir dövlətə çevrildi. Bu unikal reallıqdır – İranda 35 milyon, Rusiyada 300 min, Gürcüstanda isə bir o qədər azərbaycanlı yaşayır. Biz vahid DNK-ya malik millətik, amma bəzən bir-birimizlə əcnəbi kimi danışırıq. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyində keçmişə üsyan edərək dünyaya belə səslənmişdi: "Nəyə görə biz əsrlər boyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində olmuşuq? Nəyə görə dövlətçiliyimizin tarixi məhduddur?" Bu yanaşma keçmişin acı mirasına qarşı çıxış, imperiyalar arasında bölünməyə üsyan idi. 44 günlük Vətən müharibəsi təkcə Ermənistanı deyil, həm də xalqımızın taleyindəki qaçqınlıq, soyqırım və köçkünlük zəncirini qırdı. Bu gün Azərbaycan təkcə coğrafi deyil, həm də siyasi güc olaraq böyüyüb, beynəlxalq çəkisi artıb. Əgər NATO-nun dağılması gerçəkləşərsə, Türkiyə və Azərbaycan yeni geosiyasi birliyin qurucularından biri olacaq".

Seçilən
33
qht.az

1Mənbələr