AZ

Gəncədə bıçaqlanan məktəbli ilə bağlı AÇIQLAMA

Ötən gün Gəncədə 11-ci sinif şagirdi Ə.İ. 2009-cu il təvəllüdlü E.Ə. tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Ə. saxlanılaraq istintaqa təhvil verilib.

Modern.az-ın məlumatına görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisədə iştirak edən tərəflərdən heç biri qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur:

"Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bildiririk ki, tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən. hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Seçilən
11
modern.az

1Mənbələr