Azərbaycanın çimərlik futbolu üzrə milli komandasının Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Offsdeplus.az xəbər verir ki, Hikmət Bağırovun rəhbərlik etdiyi kollektiv B Liqasının A qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri İngiltərə, Litva və Belçika kollektivləri olacaq. 

A qrupunun bütün oyunları 23-25 may aralığında İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.