AZ

“Old Trafford” tarixə qovuşur

"Mançester Yunayted" "Old Trafford"un yerinə yeni stadion tikdirəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klub rəsmiləri açıqlama yayıb.

"Qırmızı şeytanlar" 100 min tamaşaçı tutumuna malik arena tikdirəcəklərini təsdiqləyiblər.

Daha əvvəl məlumat yayılmışdı ki, yeni stadionun tikintisi 6 il çəkə bilər. Layihənin dəyəri ilkin olaraq 2,4 milyard avro olaraq qiymətləndirilir. Üstəlik, yeni arenanın "Old Trafford"a yaxın ərazidə tikilməsi gözlənilir. Çünki klubun həmin ərazidə böyük torpaq sahəsi var. Bu o deməkdir ki, yeni stadion tikilərkən “Mançester Yunayted” köhnə arenada oyunlarını davam etdirə biləcək.

“Old Trafford” 1910-cu ildən “Mançester Yunayted”in doğma stadionudur.


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr