AZ

Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 17-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 2874244) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Seçilən
46
3
report.az

10Mənbələr