AZ

Bu ilin ilk iki ayında 86 minə yaxın "Asan İmza" sertifikatı verilib

Bakı.Trend:

Bu ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmətmərkəzlərində ümumilikdə 112.754 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, onlara 178.542 saydaxidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmişşəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədarsualların cavablandırılması), 42,6 minə yaxını elektron(bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrintərtibatına və elektron formada göndərilməsinə köməklikgöstərilməsi) xidmətlər olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi vəhazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla)xidmətlərin 90,9 fazini təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrininhesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosialsığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzinverilməsi;

"Asan İmza" sertifikatlarının verilməsi;

Fiziki şəxsin uçotdan çıxarılması;

Vergi ödəyicisinə arayışların verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçotaalınması (uçotdan çıxarılması).

2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərindəndaxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növbildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergiödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinəünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədiləonların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.

Yanvar-fevral ayları ərzində ümumilikdə 58.238 müraciət üzrə85.730 "Asan İmza" sertifikatı verilib.

Seçilən
12
5
az.trend.az

10Mənbələr