Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Naxçıvan MuxtarRespublikasında vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindənümumilikdə 8 950 şəxs qəbul edilib.
Trend-ə bubarədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi vəinzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergiuçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s.məsələlərlə bağlı 12 153 xidmət göstərilib ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə 59,7 faiz çoxdur.
Ümumi xidmətlərin 94 faizini 10 xidmət növü (şifahi və hazırsənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkiledib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrininhesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosialsığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzinverilməsi;
Asanİmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılanəməliyyatlar.
Bu ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə 247 759məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub)göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 16 görüş keçirilib,96 sayda ünvanlı xidmət göstərilib.
Bu ilin iki ayında 628 müraciət üzrə 1 055 Asan İmza sertifikatıverilib.