AZ

İCMP Azərbaycanda müasir laboratoriyaların tikilməsinə töhfə verə bilər

Bakı. Trend:

Martın 11-də Baş prokuror Kamran Əliyev İtkin düşmüş şəxslərüzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bombergerilə görüşüb.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilib.

Qonaqları salamlayan Baş prokuror rəhbərlik etdiyi qurumla İCMParasında 2023-cü ildən etibarən müsbət əməkdaşlıq əlaqələrininformalaşdığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin tapşırıq və tövsiyələri ilə prokurorluqorqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumatverib.

Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş3983 azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləviməzarlıqlarda basdırıldığını, bu günə kimi onların taleyinəaydınlıq gətirilmədiyi vurğulanaraq Ermənistan tərəfindən müfəssəlməlumatların təqdim edilmədiyi qeyd olunub.

Qəbula görə təşəkkürünü ifadə edən Katrin Bomberger Azərbaycandaitkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, hüquqibazanın genişləndirilməsi, yerli mütəxəssislərin peşəkarlığınınartırılması və müasir laboratoriyaların tikilməsi işlərinəKomissiyanın töhfə verə biləcəyini bildirərək, son illər ölkəmiztərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

Səmərəli diskussiya formatında keçirilmiş görüşdə qarşılıqlımaraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Məqalədə:
Seçilən
24
9
az.trend.az

10Mənbələr