AZ

ADA Universiteti və Bank of Baku arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Martın 11-i ADA Universiteti və Bank of Baku arasında əməkdaşlıqmemorandumu imzalanıb.

Əməkdaşlıq sazişini ADA Universitetinin Tələbə Qəbulu vəXidmətləri üzrə Prorektoru Günay Ziyadova və Bank of Baku-nun İdarəHeyətinin sədri Həsən Quliyev imzalayıblar.

Memorandum çərçivəsində ADA Universitetinin İxtisasartırmaProqramı Bank of Baku əməkdaşları üçün mini MBA proqramı təşkiledəcək. Proqramda Bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşınıniştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığaəsasən, Bank of Baku tərəfindən ADA Universitetinin tələbələrinəxüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də Universitetməzunları üçün iş fürsətləri yaradılacaq.

ADA Universitetinin Prorektoru Günay Ziyadova təhsil və biznessektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçünfaydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafınatöhfə verdiyini bildirib.

"Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirirvə bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. Bank of Baku-nunda bu prosesə qoşulması ADA tələbə və məzunlarının real işmühitində praktiki bilik və bacarıq qazanmasına, onların əməkbazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, buəməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini vəpeşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək."

Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhsedərkən bildirib ki, Bank of Baku hər zaman sektor üçün peşəkar vəyüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələrverib.

“Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıqBankımızın uzunmüddətli ənənəsinin davam etdirilməsinə də dəstəkolacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslərbütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək.Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyinliderlərinin yetişdirilməsinə fayda vermək və sektorda keyfiyyətlixidmət göstərmək üçünkadr hazırlığını davamlı inkişaf etdirməkdir”,– deyə Həsən Quliyev əlavə edib.

Qeyd edək ki, Universitet tərəfindən xüsusi olaraq hazırlanmışmini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecmentbacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərarqəbul etmə, eləcə də liderlik, ünsiyyət və problemi həll etməbacarıqlarını gücləndirməkdir.

10 moduldan ibarət birillik proqram müddətində liderliyinəsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması,maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznesanalitikası və s. kimi mövzulara toxunulacaq.

ADA
ADA
ADA
ADA
ADA
Seçilən
49
11
az.trend.az

10Mənbələr