AZ

İcra başçısı Süleyman Mikayılov səyyar görüşlər keçirdi - FOTOLAR

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt və Qobustan qəsəbələrinin sakinləri ilə növbəti səyyar görüşləri keçirilib. 

"Unikal" xəbər verir ki, qəbullarda Ələt və Qobustan qəsəbələrinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 140-a yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 27 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Seçilən
48
50
unikal.az

10Mənbələr