AZ

Ağdamın Çıraxlı kəndində Yel çərşənbəsi qeyd edildi - FOTOLAR

Xalqımızın milli bayramı olan Novruzun builki gəlişi Konstutisiya və Suverenlik ilinə təsadüf edir. Ölkəmizin bütün suveren ərazisində olduğu kimi Ağdam rayonunda da sakinlər bu bayramı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar.

"Unikal" xəbər verir ki,11 mart 2025-ci il tarixdə Ağdam rayonunun keçmiş təmas xəttinə ən yaxın ərazidə yerləşən Çıraxlı kəndində Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilib, kəndin mərkəzində çərşənbə tonqalı qalanıb. Mərasimdə kənd sakinləri ilə birgə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev iştirak ediblər.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kənd sakinlərini salamlayaraq, onları Yel çərşənbəsi münasibətilə təbrik edib, Novruz Bayramının çoxəsrlik tarixindən, milli-mənəvi dəyərləri, humanizm prinsiplərini özündə birləşdirməsindən bəhs etmişdir.

Seçilən
42
50
unikal.az

10Mənbələr