AZ

Rusiya ilə əsir mübadiləsini də müzakirə etdik - Uolts

Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında hərbi əsirlərin və məhbusların mübadiləsi məsələsi müzakirə olunub.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ciddədə ABŞ-Ukrayna görüşünün yekunu ilə bağlı jurnalistlərə deyib.

"Biz bir sıra məsələləri müzakirə etdik: hərbi əsirlərin, məhbusların və digərlərinin mübadiləsini də. Amma hərbi əməliyyatlar dayandırılmalıdır. Yəni biz bu gün bununla bağlı razılığa gəldik. Biz “müharibə bitərsə”dən “müharibənin necə bitəcəyə” keçdik. Bu, mühüm addım idi", - Amerika liderinin müşaviri bildirib.

Qeyd edək ki, Ciddə danışıqlarında Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Seçilən
27
2
axar.az

3Mənbələr