Avropa Ukraynada davamlı sülhə nail olmağa kömək etməyə hazırdır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ciddədə ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlardan sonra Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb.
“Görünür, amerikalılar və ukraynalılar sülhə doğru mühüm addım atıblar. Avropa isə ədalətli və davamlı sülhə nail olmağa kömək etməyə hazırdır”, - o qeyd edib.