Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk gündə 4 matç keçirilib. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşib.
"Barselona" "Benfika"ya qalib gəlib.
"Liverpul" PSJ ilə "Enfild"də qarşılaşıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "mersisaydlılar" bu dəfə eyni hesabla uduzublar. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə PSJ üstün olub - 4:1.
"İnter" "Feyenoord"u məğlub edib.
Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçirilib. "Bavariya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"i yenə üstələyib.
Beləliklə, ilk oyunların və cavab matçlarının nəticələrinə əsasən, "Barselona", "İnter", PSJ və Bavariya" 1/4 finala adlayıb.
1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
11 mart
21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) - 3:1
Qollar: Rafinya, 11, 42, Yamal, 27 - Ortamendi, 13
İlk oyun - 1:0.
00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) - 0:1. Penaltilər seriyası - 1:4
Qol: Dembele, 12
İlk oyun - 1:0.
00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) - 2:1
Qollar: Tyuram, 8, Çalhanoğlu, 51-pen. - Moder, 42-pen.
İlk oyun - 2:0.
00:00. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya) - 0:2
Qollar: Keyn, 52, Deyvis, 71
İlk oyun - 0:3.
12 mart
21:45. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 1:1
00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)
İlk oyun - 7:1
00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)
İlk oyun - 3:1
00:00. "Atletiko" (İspaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2