1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Argentinada 2020-ci ildə futbol əfsanəsi Dieqo Maradonanın ölümünə səbəb olmaqda ittiham olunan həkimlərin məhkəməsi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İstintaqın rəyinə görə, tibb işçilərinin hərəkətləri yersiz, qeyri-adekvat və məsuliyyətsiz olub. Müstəntiqlər, həmçinin ehtimal edirlər ki, məşhur idmançı tibb müəssisəsində düzgün müalicə olunsaydı, onun sağ qalma şansı daha yüksək olardı.
Həkimlər Maradonaya evdə qulluq göstərilməsi ilə bağlı israr etməməkdə ittiham olunurlar.
Futbolçunun ölümünə görə həkimləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, futbolçunun beynindəki qan laxtasını çıxarmaq üçün əməliyyat olunduqdan iki həftə sonra o, evdə ürək tutmasından dünyasını dəyişib.