AZ

Zakir İbrahimov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb.
Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər sırasında yer almaları münasibətilə təbrik edib.
Sədr qaliblərə praktiki fəaliyyətə cəlb olunmaqla mövcud potensiallarının inkişafı, peşəkarlıq vərdişləri və idarəçilik sahəsində təcrübələrinin artırılması üçün zəruri dəstək göstəriləcəyini qeyd edib, "AzerGold" QSC-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin Mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.
"Yüksəliş" müsabiqəsinin qalibləri isə öz çıxışlarında yaradılan imkan və səmimi görüşə görə təşəkkürlərini bildirib, həyata keçiriləcək proqramın onların fərdi inkişafına mühüm töhfə verəcəyinə inandıqlarını vurğulayıblar.
Seçilən
65
50
oxu.az

10Mənbələr