İspaniya yığmasının və "Barselona"nın hücumçusu Lamin Yamal daha bir rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika"ya qarşı keçirilən cavab görüşü (3:1) gənc futbolçu üçün əlamətdar olub.

Həmin matçda həm qol vuran, həm də məhsuldar ötürmə verən Lamin Yamal yarışın tarixində buna nail olan ilk futbolçuya çevrilib. O, 17 yaş 241 günlüyündə bunu bacarıb. İndiyədək rekord "Bazel"in üzvü Bril Emboloda idi (17 yaş 263 gün).

Həmçinin Lamin Yamal 18 yaşına çatmayan futbolçular arasında ÇL-in pley-off mərhələsində ən çox oyun keçirənlərin siyahısında da irəliləyib. O, almaniyalı Yulian Draksler kimi pley-offda 6 matça çıxıb. 1/4 finalda forma geyinəcəyi təqdirdə, "Barselona"nın ulduzu yeni rekord müəyyənləşdirəcək.