AZ

Bakıda 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu keçirilir

Bu gün Bakıda 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu start götürüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forum "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən birgə təşkil edilib.

Forumda "Caspian Energy Club"ın sədri və Baş İcraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fuad İsayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı rəhbəri Natali Mouravidze, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov, "PAŞA Bank"ın Kreditləşmə, İnnovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak edirlər.

Xəbər yenilənəcək

Seçilən
42
1
day.az

2Mənbələr