AZ

BTQ-nin İcraçı direktoru BMT-də müstəmləkəçilik siyasətinin yerli əhalilərin ərzaq təhlükəsizliyinə təsirlərindən danışıb (VİDEO)

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov BMT-ninİnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirakı davamedir.

Trend xəbərverir ki, 11 mart 2025-ci ildə BMT-nin Cenevrə ofisində İnsanHüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı TəşəbbüsQrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçiliksiyasətinin yerli əhalilərin ərzaq təhlükəsizliyinə təsirlərindənvə sağlam qidaya əlçatanlığının olmamasında danışıb.

Xüsusi Məruzəçi ilə interaktiv dialoq zamanı A.Abbasov Fransanınmüstəmləkə siyasətinə məruz qalmış ərazilərdə ərzaq çatışmazlığınınciddi problem olduğunu qeyd edərək, yerli qida sənayesinin məhvedildiyini və əhalinin xarici resurslardan tam asılı vəziyyətədüşdüyünü vurğulayıb.

O, xüsusilə Mayot və Fransız Qvianasında yoxsulluq səviyyəsininyüksək olmasının qidalanma problemlərini daha da dərinləşdirdiyinibildirib, bu problemlərdən ilk növbədə əziyyət çəkənlərin azyaşlıuşaqların olduğunu vurğulayıb. Bu vəziyyətin aradan qaldırılmasınınəhəmiyyətini qeyd edən A.Abbasov, İqtisadi, sosial və mədənihüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinin əhəmiyyətiniqeyd edib.

Seçilən
33
6
az.trend.az

7Mənbələr