AZ

"Qızıl medalı unudub, növbəti çempionluğa hazırlaşacam" - Avropa çempionu ilə MÜSAHİBƏ

Azərbaycan millisinin qadın güləşçisi Günay Qurbanovun (50 kq) SİA-ya müsahibəsini təqim edirik:

- Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak etdiniz. Yarışı necə dəyərləndirərdiniz?

- İlk dəfə idi U-23 Avropa çempionatinda iştirak edirdim. Bu mənim üçün çox gözəl təcrübə oldu. Yarış həyəcanlı və olduqca gərgin keçdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdur.

- Çempionatı qızıl medalla başa vurdunuz. Bu uğurunuzu necə şərh edərdiniz?

- İlin əvvəlində böyüklər arasında reytinq turnirinin qalibi olmuşdum. Ona görə burada qalib olmağa gəlmişdim. Bununla da bu il Xorvatiyada keçirilən reytinq turnirində qazandığım qızıl medalın təsadüf olmadığını sübut etdim. Təbii ki, çox sevindim. Ümid edirəm ki, uğurlarımın davamı gələcək.

- Daha öncədən çempion olacağınıza ümid edirdiniz?

- Bunun olub-olmayacağını dəqiq bilməsəm də, konkret olaraq qızıla köklənmişdim. Çünki ən böyük istəyim məşqçim Olimpiya çempionu Toğrul Əsgərovla birlikdə bayraqla çempionluq dövrəsi vurmaq idi. O bunu idmançı kimi çox edib. Lakin bu dəfə şəxsi məşqçim kimi bu hissləri ona yaşatmaq istəyirdim. Sonunda bu arzum da reallaşdı.

- Çempionatı qızıl medalla başa vurdunuz. Bu uğurunuzu necə şərh edərdiniz?

- Avropa çempionatında asan rəqib olmur, hamı qalib gəlmək istəyir. İlk görüşdə belaruslu idmançı əsas rəqiblərimdən idi. Amma finalda qarşılaşdığım italyalı güləşçi U-20 Avropa və dünya çempionu idi. Son Paris-2024 Olimpiya Oyunlarında da iştirak etmişdir.

- Yarış zamanı nə kimi çətinliyiniz oldu?

- Güləşməyə çıxanda nə olur-olsun qələbə haqqında düşünürəm. Digər hər şeyi məşqçim kənardan idarə edirdi. Mən də onun hər dediyini dinlədiyim üçün elə bir çətinlik çəkmirəm.

- Bundan sonra qarşıda nə kimi planlarınız var?

- Qarşıdakı planlar haqda hələki heçnə bilmirəm. Bildiyim tək şey odur ki, bu gün qazandığım qızıl medalı unudub, növbəti çempionluqlara hazırlaşmaqdır.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
40
34
sia.az

10Mənbələr