AZ

“İlin əvvəlindən “Rubej” briqadasına minə yaxın dron verilib” - Kliçko

Kiyev meri Vitali Kliçko paytaxt ictimaiyyətindən Ukrayna Qəhrəmanı serjant Serqey Mixalçukun adını daşıyan “Rubej” 4-cü əməliyyat briqadasının döyüşçülərinə dron partiyasını təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə Kliçko öz Telegram kanalında məlumat verib.

“Paytaxt ictimaiyyəti cəbhədəki müdafiəçilərə yardımın daha bir partiyasını göndərdi. “Rubej” Milli Qvardiyanın 4-cü briqadasının döyüşçülərinə düşməni məhv etməyə kömək edəcək 400 ədəd FPV 8 Thermal rəqəmsal pilotsuz uçan aparatı göndərilib”, - Vitali Kliçko yazıb.

O qeyd edib ki, artıq ilin əvvəlindən 4-cü briqadaya şəhər büdcəsindən 64 milyon qriven ayrılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
herbiand.az

1Mənbələr