Əmək müqavilələrinin sayı artır.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdədir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbir nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461 min 66 vahid artıb və 2025-ci ilin mart ayının 1-nə 1 milyon 862 min 981 olub.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435 min 264 vahid artaraq 975 min 186 təşkil edib.