Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Rusiya hərbçiləri martın 11-də, axşam saatlarında Odessa limanına ballistik raket zərbəsi endiriblər. Zərbə nəticəsində mülki gəmi zədələnib, 4 nəfər əcnəbi həlak olub. Həlak olanların dördü də Suriya vətəndaşıdır. Zərbə nəticəsində 2 nəfər yaralanıb.
Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper "Teleqram" kanalında məlumat verib.
Məlumatda deyilir: "Dünən (martın 11-də) axşam Rusiya Odessadakı limana zərbə endirib. Ballistik raket Barbados bayrağı altında üzən "MJ PINA" gəmisini zədələyib. Təəəssüf ki, dörd vətəndaş həlak olub - onlar Suriya vətəndaşıdırlar. Ən kiçiyinin 18, ən böyüyünün 24 yaşı olub. Daha iki nəfər - ukraynalı ilə suriyalı yaralanıblar. Zərbə zamanı Əlcəzairə ixrac üçün gəmiyə buğda yüklənirdi. Qətiyyən hərbi gəmi deyildi".
Həmçinin, zərbə nəticəsində daha bir gəmi, buğda anbarı, bərələr zədələnib.
Hürr Tərcüman