AZ

Azərbaycanda fevralda illik inflyasiya 5,5% olub

Bakı. Trend:

Bu ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilinfevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları,içkilər və tütün məmulatları üzrə 105,7 faiz, qeyri-qida məhsullarıüzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4faiz təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarındaisə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkiledib.

Hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatlarıüzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz,yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən105,3 faiz təşkil edib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qidaməhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulafyarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru südqarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalıyağlarının, limonun, portağalın, naringinin, almanın, armudun,heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın,sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokoladməmulatlarının, meyvə şirələrinin, ucuzlaşma isə əsasən mal ətinin,pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin,brokkolinin, şirin bibərin qiymətlərində müşahidə olunmuşdur. Digərqida məhsullarının qiymətlərində ciddi dəyişikliklər başverməyib.

2025-ci ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-fevralaylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiztəşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qidaməhsullarından bahalaşma kərpicin, sementin, yumşaq mebellərin,zərgərlik məmulatlarının, ucuzlaşma isə qış geyimlərinin, kəsilmiştaxtaların, parketlərin, yazı kağızlarının qiymətlərində müşahidəolunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddidəyişikliklər baş verməyib.

2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən100,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 107,9 faiz təşkil edib. Fevral ayında əvvəlki aylamüqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşmaəsasən geyimlərin kimyəvi təmizlənməsi, fotoatelye və tibbixidmətlərin, ucuzlaşma isə istirahət turlarının və hava nəqliyyatıilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidəolunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddidəyişikliklər baş verməyib.

Məqalədə:
Seçilən
11
19
az.trend.az

10Mənbələr