AZ

Pezeşkian Trampa: “Nə istəyirsənsə, et!”

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla danışıqların mümkünlüyünü kəskin şəkildə rədd edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. 

Pezeşkian Vaşinqtonun nüvə sazişi üzrə birbaşa danışıqlara çağırışına belə cavab verib. İran Prezidenti, həmçinin Zelenski ilə Trampın Ağ Evdəki son görüşünü tənqid edərək, bunu “utancverici söz davası” adlandırıb. “Məni hədələyirsinizsə, mən sizinlə danışıqlar aparmaq istəmirəm. Nə istəyirsinizsə, edin!”,-deyə Pezeşkian bəyan edib. 

Trampın danışıqlar təklifi bundan əvvəl İranın ali lideri Əli Xameneyi tərəfindən rədd edilmişdi. ABŞ prezidenti Tehrana göndərdiyi məktubda İranın nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verəcəyini vurğulayıb. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr