“Bayer-04” ciddi itki ilə üzləşib.
Komandanın yarımmüdafiəçisi Florian Virts zədələnib. Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxıb. Florianın yaşıl meydanlara nə vaxt qayıdacağı hələ açıqlanmayıb.
Almaniyalı futbolçu bu mövsüm meydana çıxdığı 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta