AZ

Azərbaycanın benzin və dizel satışından əldə etdiyi gəlir 7 faizədək artıb

Bakı, 12 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 523,1 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Seçilən
30
2
azertag.az

4Mənbələr