AZ

Alimlər insanlar və neandertallar arasında əməkdaşlığa dair sübutlar tapdı

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri digər institutlardan olan həmkarları ilə birlikdə apardıqları araşdırmalar zamanı müəyyən ediblər ki, ibtidai insanlar və neandertallar təkcə yanaşı yaşamayıb, həm də əməkdaşlıq ediblər. Buna dair sübutlar İsrailin mərkəzində yerləşən Tinşemet mağarasındakı qazıntılar zamanı aşkar edilib. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Human Behaviour" (nhb) elmi jurnalında dərc olunub.

Tədqiqatçılar dörd əsas sahəyə – daş alətlərin istehsalına, ov strategiyalarına, simvolik davranışa və sosial mürəkkəbliyə dair məlumatları birləşdiriblər. Nəticələr göstərib ki, neandertallar, neandertallardan əvvəlki insanlar və "Homo sapiens" kimi müxtəlif insan qrupları mənalı qarşılıqlı əlaqələr qurublar.

Bu mübadilələr biliklərin ötürülməsinə səbəb olub və populyasiyalar arasında tədricən mədəni homogenləşməyə gətirib çıxarıb. Tədqiqat göstərir ki, bu qarşılıqlı əlaqələr sosial mürəkkəbliyi və davranış yeniliklərini stimullaşdırıb.

Məsələn, müasir İsrail ərazisində rəsmi dəfn adətləri təxminən 110 min il əvvəl meydana çıxıb və bu, ehtimal ki, sosial əlaqələrin intensivləşməsi ilə bağlı olub.

Tinşemet mağarasında ən diqqətçəkən tapıntılardan biri mineral piqmentlərin, xüsusilə oxranın geniş istifadə edilməsi olub. Alimlərin fikrincə, bu piqmentlər bədən bəzəyi üçün tətbiq edilə bilərdi və ehtimal ki, sosial identifikasiyanı və qruplar arasındakı fərqləri müəyyən etmək məqsədinə xidmət edirdi.

Samir

Seçilən
14
50
hit.az

10Mənbələr