AZ

“Qalatasaray'' Türkiyədə 1-ci, dünyada 40-cı pillədədi

Bütün ölkələrdəki milli çempionatlara əsasən azarkeş sayı ilə bağlı maraqlı statistika açıqlanıb.

''Football-plus.az'' xəbər verir ki, Türkiyə çempionatında ''Qalatasaray'' ilə ''Fənərbaxça'' arasında amansız mübarizə yaşansa da, azarkeş sayında bir tərəf digərindən aşkar şəkildə üstündü. ''Fənər''in bu mövsüm ev oyunlarına orta hesabla 34961 azarkeş gəlir. ''Qalatasaray'' isə bu göstəricidə əzəli rəqibini təxminən 7500 azarkeş üstələyir. Bu mövsüm ''sarı-qırmızılar''ın hər ev oyununa orta hesabla 42520 azarkeş gəlir. Bu siyahıda ''Beşiktaş'' 29183 azarkeşlə 3-cü, ''Trabzonspor'' 18728 azarkeşlə 4-cü pillədə yer alıb. Bir neçə il öncə çempion olmuş ''İstanbul BŞ''nin 2285 azarkeşlə Türkiyə çempionatında sonuncu pillədə qərarlaşması diqqət çəkir. Türkiyədə hamıdan öndə olan ''Qalatasaray'' dünya sıralamasında azarkeş sayı baxımından ilk ''50-liy''ə düşən yeganə Türkiyə təmsilçisidi! Bu komanda 40-cı pillədə qərarlaşıb. Siyahının ilk iki pilləsində Almaniya nəhəngləri qərarlaşıb. Bundesliqada orta hesabla Dortmund ''Borussiya''sının hər ev oyununa 81365, ''Bavariya''nın hər ev oyununa isə 75000 azarkeş gəlir. 3-cü pillədə 73819 azarkeşlə ''Mançester Yunayted'' qərarlaşıb. Digər pillələrdə ''Milan'' (71346), ''İnter'' (69800), ''Real'' (67997) və ''River Pleyt'' (67674) yer alıb. Yeni stadionu Türkiyə şirkəti ''Limak'' tərəfindən inşa olunan ''Barselona'' isə ev oyunlarını başqa arenada keçirməyə məcbur olduğundan bu siyahıda 45119 azarkeşlə yalnız 34-cü pillədədi.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr