AZ

“Sabah”ın baş məşqçisi: “Sona kimi mübarizə apardıq”

"Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər".

Apasport.az xəbər verir ki, bunu "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında “Neftçi”yə 81:85 hesablı məğlubiyyəti şərh edib:

“Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq

Erhan Toker: “Gənclərin təcrübəsi kifayət qədər deyil”

Azərbaycan Kuboku: “Naxçıvan” yarımfinalda

Tahir Baxşıyev: “Şəki"dən daha yaxşı oyun gözləyirdim”

NTD “Şəki”ni məğlub etdi

Seçilən
15
1
apasport.az

5Mənbələr