AZ

"Borussiya", “Aston Villa” və “Arsenal” 1/4 finalda - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Dortmund "Borussiya"sı səfərdə Fransa "Lill"inin qonağı olub. Gərgin və maraqlı keçən matçda Dortmund təmsilçisi inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

"Aston Villa" doğma meydanda "Brügge"ni qəbul edib və rəqibinə qalib gələrək mərhələyə adlayan tərəf olub.

"Arsenal" da səfərdə PSV-nin qonağı olub və bu görüşdə "topçular" rəqibini topa tutaraq darmadağınlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

"Real" isə səfərdə "Atletiko"nun qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

12 mart

21:45. “Lill” (Fransa) - “Borussiya Dortmund” (Almaniya) - 1:2

Qollar: J.David, 5, E.Can,54, (pen), M.Beyer, 65

İlk oyun - 1:1.

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) - 1:0

Qollar: K.Kallager, 1

İlk oyun - 1:2.

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) - 2:2

Qollar: O.Zinçenko, 6, İ.Perisiç, 18, D.Rays, 37, C.Driouç, 70

İlk oyun - 7:1.

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) - 3:0

Qollar: M.Asensio, 50, 61, L.Maatsen, 57

İlk oyun - 3:1.

Seçilən
29
1
90deqiqe.az

2Mənbələr