AZ

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 13-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi bahalaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:21-də “CoinMarketCap” platformasında 1.92% bahalaşaraq 83 356 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.13% artaraq 1 874 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.43%, BNB isə 5.55% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Seçilən
7
41
apa.az

10Mənbələr