AZ

Şarl Mişel: Bu gün düzgün seçim daha çox siyasi cəsarət tələb edir

Daha çox qarşılıqlı etimad son dərəcə vacibdir. Biz bütün dünyada ciddi çətinlikləri, iqlim dəyişikliyini, artan bərabərsizlikləri, müharibələri, münaqişələri görürük.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında XII Qlobal Bakı Forumunda iştirak edən Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bildirib.

Şarl Mişel deyib ki, bir-birimizi dinləmək, bir-birimizlə danışmaq və birlikdə qərar qəbul etmək üçün ən yaxşı yolların hansı olduğunu müəyyən etmək, bəzi prioritetləri müəyyən etmək önəmlidir: “Hamımızın öz tariximiz, mədəni reallıqlarımız, adət-ənənələrimiz olduğunu nəzərə alsaq, bu, çox vacibdir. Düzgün seçim etmək üçün daha çox siyasi iradə və yəqin ki, daha çox siyasi cəsarət tələb edir”.

Seçilən
11
4
apa.az

5Mənbələr