Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Viral.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva yaşadığı evdə qazdan boğularaq ölüb.
Belə ki, o, çaydanı qaz sobasının üstünə qoyub və yataq otağında yuxuya gedib.
Son Yazılar:
- Qaynayan çaydan ölümünə səbəb OLDU
- Dumanlı hava bu tarixədək davam EDƏCƏK
- Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur
Bu zaman qaynayan çaydandan daşan qaynar su sobanın sönməsinə səbəb olub. Nəticədə qaz evə dolub və 48 yaşlı qadın boğularaq ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır (Qafqazinfo).