AZ

Tramp xüsusi nümayəndəsini Rusiyaya göndərir?

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun  təyyarəsi Rusiyaya planlaşdırılan səfərlə bağlı xəbərlər fonunda Qətərdən şimala uçur.

"Unikal" xəbər verir ki, bunu "Flightradar" məlumatları sübut edir. 

Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna  və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Vaşinqton bu məlumatı Moskvaya çatdıracaq. 

Daha sonra Stiven Vitkoffun Moskvaya səfər edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə xəbərlər yayılmışdı. Lakin ABŞ tərəfi bu informasiyaların doğruluğunu təsdiq etməyib. 

Gülayə Mecid

Seçilən
16
unikal.az

1Mənbələr