AZ

Beyləqanda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb — YENİLƏNİB

Ötən gün Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***09.43

Beyləqanda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Report-a istinadən xəbər verir ki,  ötən gün rayonun Daşburun qəsəbəsində hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ- 21015" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərdən altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfərin Füzuli, iki nəfərin isə Beyləqan rayon sakinləri olduğu müəyyənləşib.

Seçilən
9
2
demokrat.az

10Mənbələr