AZ

"Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilmiş"- Ceyhun Məmmədov

"Son illər Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir."

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilmiş, bir çox qlobal forumlara uğurla ev sahibliyi etmişdir. Qarşıdan gələn 13-cü Qlobal Forum da bu istiqamətdə mühüm addımlardan biri olacaqdır.

Bu gün dünya tarixinin ən mürəkkəb və çətin mərhələlərindən birini yaşayır. Belə bir dövrdə qarşıda duran ən vacib məsələlərdən biri sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır və tolerantlıq, multikulturalizm, dinlər və sivilizasiyalararası dialoq sahəsində dünyaya nümunə göstərir.

Ölkəmiz müxtəlif beynəlxalq forumlar, görüşlər və tədbirlər vasitəsilə bu sahəyə öz töhfəsini verir. Digər beynəlxalq forumlar kimi, bu forum da prosesə mühüm töhfə verəcək və ölkələrin inkişafına xidmət edəcəkdir."

Seçilən
16
news365.az

1Mənbələr