AZ

Azərbaycanda sənaye istehsalı azalıb - SƏBƏBİ ...

​​​​​​Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2 ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalma deməkdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, istehsalda azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir:
"Bu ilin ilk 2 ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 fazi artlb".

Deputatın sözlərinə görə, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub:

"Sənayenin strukturunda mədənçıxarma sektorunun payı çox olduğu üçün neft-qaz istehsalının azalması ümumi sənaye məhsulunun həcmini də azaldıb. 2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına rəğmən bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı gözlənilir", - millət vəkili VURĞULAYIB.

Seçilən
20
20
ucnoqta.az

10Mənbələr