AZ

Bu il sənaye istehsalı niyə azalıb?

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2 ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalma deməkdir”.

Demokratikmusavat.comxəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, istehsalda azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir:

“Belə ki, bu ilin ilk 2 ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 fazi artlb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin strukturunda mədənçıxarma sektorunun payı çox olduğu üçün neft-qaz istehsalının azalması ümumi sənaye məhsulunun həcmini də azaldıb.

2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına rəğmən bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı gözlənilir”.

Həmidə İbrahimova

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
2
17
Demokratikmusavat.com

10Mənbələr