COP 29 çox çətin siyasi kontekstdə düşdü, buna baxmayaraq çox mühüm nəticələr əldə olundu.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.
Fatih Birol deyib ki, COP29-da karbon bazarı kimi məsələlər müzakirə olundu: “Azərbaycan hökumətinə təşəkkür edirəm ki, COP29-da belə nailiyyətlər əldə olundu”.
Fatih Birol qeyd edib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə üçün ölkələr bir araya gəlməlidir : “Qlobal Bakı Forumu ölkələrin bir aryaa gəlməsi üçün yaxşı bir platformadır. Mən Bakıda üçüncü dəfə oluram və bir daha Azərbaycan Prezidentinə təşəkkür edirəm”.