AZ

BMT-nin ali nümayəndəsi: "Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) Ali nümayəndəsi Migel Anxel Moratinos XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.
M.A.Moratinos qeyd edib ki, forum nikbinlik və ümidə işarədir:
"Beynəlxalq ictimaiyyət son 80 ildə görülməmiş dərəcədə parçalanıb. Dünya düzəni görünməmiş böhranlarla üz-üzədir".
BMT rəsmisi hazırda dünyanın bir sıra nöqtələrində aktiv münaqişələrin hökm sürdüyünü vurğulayıb:
"Bütün dünyada antisemitizmin, islamofobiyanın artması dəhşət doğurur. BMT-nin antisemitizmə qarşı tədbirlər planını təqdim etmişəm. Mən islamofobiyaya qarşı da iş aparıram və bununla bağlı tədbirlər planı irəli sürəcəyəm".
O, Azərbaycan Prezidenti İlham Əliyevə onu qəbul etdiyinə görə minnətdarlığını bildirib.
Seçilən
26
oxu.az

1Mənbələr