AZ

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

Bu il kommersiya qurumlarının sayı 8 faizdən çox artıb.

Cari ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 611 min 30 vergiödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,8 faiz, hüquqi şəxslərin sayı isə 7,5 faiz artıb. 2025-ci ilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,2 faiz artaraq 192 min 945 vahid təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında 2632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 faizi yerli investisiyalı, 10,4 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,9 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

Seçilən
0
1
operativmedia.az

10Mənbələr