AZ

Artrit ilə bağlı məşhur mif dağıldı

Artritə səbəb olan əsas amil oynaqların aşınması deyil, artıq çəkidir.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror"a britaniyalı həkim Alexander van Tulleken deyib.

Mütəxəssis qeyd edib ki, osteoartrit oynaqlarda şişkinlik, hərəkətin məhdudlaşdırılması və ağrı kimi əlamətlərlə xarakterizə olunur. Bu xəstəlik illər keçdikcə oynaq toxumalarının elastikliyini və bərpa etmək qabiliyyətini itirməsi ilə baş verir.

“Əvvəllər artritin oynaqların aşınmasından qaynaqlandığını düşünürdük və bəzi insanlar bu gün də bu fikirdədirlər. Ancaq bu, sadəcə dağıtmaq istədiyim bir mifdir. Dizləri dözülməz aşınmaya məruz qalan strukturlar kimi düşünməməliyik", - deyə Dr. van Tulleken bildirib.

Həkim vurğulayıb ki, osteoartrit həqiqətən yaşlı insanlarda daha çox olur. Ancaq onun inkişafının əsas səbəbi artıq çəki, həmçinin genetik meyl, zədələr və pis qidalanmadır.

Seçilən
28
18
publika.az

10Mənbələr