AZ

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

"Versace" brendinin 69 yaşlı baş dizayneri Donatella Versace 28 ildən sonra vəzifəsini tərk edir.

Valyuta.Az xəbər verir ki, O, brendin baş brend səfiri olacaq və xeyriyyəçilik, sosial layihələr və qlobal təbliğatla məşğul olacaq.  

Donatella Versace 1997-ci ildə qardaşı Canni Versacenin vəfatından sonra brendin kreativ rəhbərliyini üzərinə götürmüş və onu qlobal moda sənayesində öncül mövqeyə yüksəltmişdi. Onun cəsarətli və dəbdəbəli dizayn üslubu "Versace"nin ikonik imicinin formalaşmasında mühüm rol oynayıb. O, məşhurlar üçün xüsusi hazırlanmış geyimləri ilə moda dünyasında yeni standartlar yaradıb və brendin qırmızı xalçada dominant mövqeyə sahib olmasını təmin edib.  

Bu dəyişikliklə yanaşı, "Versaçe"nin baş dizayner vəzifəsinə ilk dəfə ailədən olmayan bir şəxs – Dario Vitale təyin edilib. O, daha əvvəl "Prada"ya məxsus "Miu Miu" brendində çalışıb. Onun təyinatı "Prada" qrupunun "Versace"ni 1,6 milyard dollara satın almağa yaxınlaşdığı bir dövrə təsadüf edir.  

Donatella Versace qardaşı Canni Versacenin mirasını qorumağın onun üçün böyük şərəf olduğunu bildirib və yeni vəzifəsində brendin ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb.  

"Versace"nin icraçı direktoru Emmanuel Gintzburger və "Capri Holdings"in rəhbəri Con D. Idol Dario Vitalenin təyinatını brendin inkişafı üçün mühüm addım kimi qiymətləndiriblər.  

Rəhim

Seçilən
13
6
valyuta.az

9Mənbələr